ABŞ Rusiyanın Ukraynaya yeni hücumu barədə xəbərdarlıq edib
04.04.2022 266 0.0 0

Rəsmi Moskvanın Kiyevdən qoşunları çıxarması barədə açıqlamasına baxmayaraq, Ukraynada müharibə “başa çatmaqdan çox uzaqdır”.

ABC telekanalına istinadən xəbər verilir ki, bu barədə Ağ Evin administrasiya rəhbəri Ron Kleyn xəbərdarlıq edib.

“Putinin sadəcə olaraq ölkənin şimal hissəsindən qoşunlarını geri çəkməklə onları ölkənin şərqinə köçürərək orada döyüş əməliyyatlarını bərpa etməsi barəsində çoxlu sübutlar var”, - Kleyn telekanala müsahibəsində bildirib.

O, ABŞ-ın Ukraynaya şərqdəki ərazilərə nəzarəti saxlamaq səylərində kömək etməyə hazır olduğunu təsdiqləyib.

“Prezident Zelenskinin dediyi kimi, bu (Rusiya Federasiyasının Ukraynanın şərq rayonlarını ələ keçirməsi, Kiyev isə qalan ərazilərə nəzarəti özündə saxlaması üçün – red) onun üçün qəbuledilməzdir və biz ona hərbi, iqtisadi, humanitar yardım göstərəcəyik”, - Ağ Ev rəsmisi əlavə edib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar