ABŞ qadağan olunmuş ballistik raketi sınaqdan keçirib - VİDEO
13.12.2019 499 0.0 0

ABŞ qısa və orta mənzilli raketlərin ləğvinə dair müqavilədə qadağan edilmiş yerüstü ballistik raketi sınaqdan keçirib.

Bildirək ki, bu barədə Pentaqon rəhbəri Mark Esper özünün “Twitter” səhifəsində paylaşıb.

O, qeyd edib ki, nüvə başlığı olmayan yerüstü ballistik raketin prototipi uğurla sınaqdan keçirilib.

Onun sözlərinə görə, prototipin hazırlanması doqquz ay çəkib.

Rəsmi Moskva isə bu cür addımları cavabsız qoymayacağı ilə bağlı ABŞ-a xəbərdarlıq edib. /Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar