ABŞ prezidentliyinə namizədin «ölüm» xəbəri YAYILDI
14.09.2016 932 0.0 0

Amerikanın ABC7 kanalının aparıcısı Co Torres xəbər proqramını ABŞ prezidentliyinə Demokratlar Partiyasının namizədi Hillari Klintonun guya “ölməsi” ilə bağlı informasiya ilə başlayıb. Modern.az xarici mediaya istinadən verdiyi xəbərə görə, o deyib: “Biz Hillari Klintonun ölümü haqda təcili  xəbərlə başlayırıq”.
 
Teleaparıcının sözlərinə görə, bu haqda Klintonun şəxsi həkimi məlumat verib. Telekanalın rəhbərliyi bəyan edib ki, aparıcı sözləri səhv salıb. O, health (sağlamlıq) yerinə death (ölüm) sözünü işlədib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar