ABŞ prezidentinin strateji məsələlər üzrə müşaviri istefa verib
19.08.2017 530 0.0 0

ABŞ prezidenti Donald Trampın strateji məsələlər üzrə baş müşaviri Stiv Bennon postunu tərk edib.

 

“AP” agentliyinə istinadən verilən xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Sara Sandersin bəyanatında deyilir.

 

Onun sözlərinə görə, Stiv Bennon vəzifədən getməsini Ağ Ev aparatının rəhbəri Con Kelli ilə bu gün razılaşdırıb.  Qeyd edək ki, Trampın seçkiqabağı komandasına qatılmamışdan öncə S.Bennon sağçı “Breitbart” saytına rəhbərlik edib. /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar