ABŞ prezidenti Qrenlandiyada `Trump Tower`in şəklini paylaşıb
20.08.2019 474 0.0 0

ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində zarafatla Qrenlandiyada "Trump Tower" göydələni tikməyəcəyinə söz verib və müvafiq fotokollaj paylaşıb.

 

 

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, o, şəklin altından bu sözləri yazıb:

"Söz verirəm ki, bunu Qrenlandiyada etməyəcəyəm".

Daha əvvəl Tramp strateji baxımdan Qrenlandiyanın alınması mümkünlüyü ilə maraqlandığını təsdiq edib.

Öz növbəsində Danimarkanın baş naziri Mette Frederiksen ABŞ prezidentinin Qrenlandiyanın alınması ilə bağlı ideyasını "absurd" adlandırıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar