ABŞ Polşaya qırıcı-bombardmançı təyyarələr eskadrulyasını göndərib
05.04.2022 300 0.0 0

ABŞ Dəniz Piyadaları Korpusunun F/A-18C Hornet qırıcı-bombardmançılarından ibarət eskadrilya Polşanın Lask şəhərindəki aviabazaya gəlib.

Qazeta.info Trend -ə istinadla xəbər verir ki, bu barədə ABŞ HHQ Avropadakı Komandanlığı məlumat yayıb.

Dəniz Piyadaları Korpusunun 2-ci Hava Qanadının qırıcıları Polşaya ABŞ-ın Beaufort Hərbi Hava Qüvvələri bazasından (Cənubi Karolina) göndərilib. Eyni zamanda, Lask şəhərindəki aviabazaya yanacaqdolduran KC-130J Hercules təyyarələri gəlib.

 

 

"Qırıcıların Şərqi Avropaya göndərilməsi NATO-nun kollektiv müdafiəsini dəstəkləmək məqsədi daşıyır", - qurumun məlumatında vurğulanır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar