ABŞ müdafiə naziri: `Türkiyənin legitim təhlükəsizlik qayğıları var`
22.01.2018 770 0.0 0

ABŞ müdafiə naziri Ceyms Mattis Türkiyənin Suriyanın Afrin bölgəsindən həyata keçirdiyi hərbi əməliyyata münasibət bildirib.

 

"Hürriyet"ə istinadən verilən xəbərə görə, C. Mattis Cənub Şərqi Asiya regionuna səfərə gedərkən təyyarədə media nümayəndələrinin suallarını cavablandırıb. Pentaqon rəhbəri qeyd edib ki, Türkiyə önəmli NATO müttəfiqidir: "Türkiyənin legitim təhlükəsizlik qayğıları var".

 

C. Mattis əməliyyatdan əvvəl Türkiyənin ABŞ-ı məlumatlandırdığını söyləyib: "Türkiyə açıq davrandı və hava əməliyyatından öncə bizi xəbərdar etdi".

 

Nazir bölgədəki ABŞ hərbçilərinin təhlükədə olmadığını da əlavə edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar