ABŞ müdafiə naziri 4 ABŞ hərbçisinin öldüyü təsdiqlənib
13.11.2016 757 0.0 0

ABŞ-ın müdafiə naziri Eşton Karter  NATO-nun Əfqanıstanın Pərvan əyalətindəki “Baqram” hərbi bazasında törədilən partlayış nəticəsində dörd amerikalının öldüyünü təsdiqləyib.
 
“TASS”a istinadən verilən xəbərə görə, Karterin məlumatına əsasən, ölənlərdən ikisi hərbçi, ikisi isə müqavilə əsasında bazada çalışan işçilərdir. İnsident nəticəsində NATO-nun “Əzmli dəstək” missiyasında iştirak edən bir polşalı və 16 amerikalı hərbçi yaralanıb.
 
Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar