ABŞ-ın yeni prezidenti: Düşmənçilik, müharibə deyil, dostluq axtaracağıq
09.11.2016 913 0.0 0

"Bütün amerikalıların prezidenti olacağam".

 

CNN-ə istinadən verilən məlumata görə, bunu ABŞ-ın yeni prezidenti seçilmiş Donald Tramp seçkinin nəticələrinin elan olunmasından sonra çıxışında deyib.

 

O, Demokratlar Partiyasının namizədi Hillari Klintonun ona zəng edərək qələbə münasibətilə təbrik etdiyini bildirib.

 

Qələbəsində payı olan hər kəsə minnətdarlığını çatdıran D. Tramp birlikdə çalışaraq ABŞ-ı yenidən quracaqlarını vurğulayıb: "ABŞ-ın maraqları əsas olsa da, hamıya qarşı ədalətli davranmağa çalışacaq, düşmənçilik, müharibə deyil, dostluq axtaracaq, bizimlə yaxşı münasibətlər qurmaq istəyən ölkələrlə biz də yaxşı münasibətlər quracağıq"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar