ABŞ-ın Rusiyaya təyin edəcəyi yeni səfirin adı məlum olub
19.07.2017 779 0.0 0

 Birləşmiş Ştatların Moskvadakı diplomatik missiyasının yeni rəhbəri Con Hantsman olacaq.

Məlumata görə, bu barədə Amerika KİV-i məlumat yayıb.

Bildirilir ki, diplomat bilavasitə öz vəzifələrinin icrası ilə yanaşı, Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə mümkün müdaxiləsi üzrə araşdırmalarda da iştirak edəcək.

Hantsman Amerikanın Yuta ştatının qubernatoru olub, 2009-ci ildən 2011-ci ilədək isə ABŞ-ın Çindəki səfiri vəzifəsini icra edib. KİV-in məlumatına görə, Tramp Hantsmanın Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına kömək edəcəyinə ümid bəsləyir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar