ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqdan qoşunlarını çıxarır
07.01.2020 229 0.0 0

"İslam Dövləti" terror qruplaşmasına qarşı mübarizə üzrə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qoşunların çıxarılması barədə İraq hakimiyyət orqanlarına məlumat verib.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə İraqdakı birgə əməliyyatların komandalığına koalisiya tərəfindən göndərilən mesajda bildirilib.

Məlumata əsasən, növbəti addıma hazırlıq çərçivəsində koalisiya qüvvələri İraq Hökuməti və Parlamentinin xahişi ilə köçürüləcəkdir:

"İraqın suverenliyinə hörmət olaraq yaxın günlərdə və həftələrdə koalisiya qüvvələri yenidən yerləşdiriləcəkdir"


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar