ABŞ-ın kommersiya neft ehtiyatlarının artması davam edir
05.05.2022 13307 0.0 0

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 1 302 min barel artaraq 415 727 min barel təşkil edib.

Məlumata görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 829 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar