ABŞ-ın keçmiş prezidenti Şimali Koreyaya səfər etməyi planlaşdırır
10.10.2017 564 0.0 0

ABŞ-ın sabiq prezidenti Cimmi Karter Koreya Xalq Demokratik Respublikasına səfər etməyi və onun lideri Kim Çen In ilə görüşməyi planlaşdırır.

 

"RİA Novosti"yə istinadən verilən xəbərə görə, bu barədə Cənubi Koreyanın “Çunan ilbo” qəzeti məlumat yayıb.

 

Qeyd edək ki, 1994-cü ildə C. Karterin təşəbbüsü ilə ABŞ-la Şimali Koreya arasında birinci nüvə böhranından çıxmağa dair Cenevrə razılaşması əldə olunub. Bir neçə gün əvvəl “ Washington Post “ eks-prezidentin ABŞ-ı sülh danışıqları və ya 2 Koreya dövlətinin də iştirakı ilə çoxtərəfli danışıqlar üçün Şimali Koreyaya nümayəndə heyəti göndərməyə çağırış etdiyini yazıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar