«ABŞ-ın Güləni təhvil verməkdən boyun qaçırması ağır nəticələrə gətirib çıxaracaq»
23.09.2016 493 0.0 0

 ABŞ-ın Fətullah Güləni Türkiyəyə ekstradisiya etməkdən boyun qaçırması uzunmüddətli ağır fəsadlara gətirib çıxaracaq. Məlumata görə, bunu TRT telekanalına müsahibəsində Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.  

 

“Bu şəxs Türkiyə vətəndaşıdır.  Ekstradisiyaya dair sorğu  Türkiyədə törədilən cinayətlərlə əlaqədar verilib. Biz onun üçüncü ölkələrə deyil, Türkiyəyə təhvil verilməsi barədə sorğu göndərdik. Bizim bütün rəsmi bəyanatlarımız bu tələb çərçivəsində səsləndirilib. ABŞ-da qərar verən bütün şəxslər, siyasi xadimlər və ictimai fikri formalaşdıran liderlər nəzərə almalıdırlar ki, əgər  onu müdafiə etməkdə davam edəcəklərsə, yaxud, belə təəssürat yaranacaqsa, bu uzunmüddətli ağır fəsadlara gətirib çıxaracaq”, - deyə Kalın bildirib.       

 

Onun sözlərinə görə, hansısa müəyyən qrup, partiya və ya qurum deyil, bütün Türkiyə cəmiyyəti əmindir ki,  hərbi çevriliş cəhdinin arxasında məhz  Gülənin təşkilatı (FETÖ) durub.

 

 “Əgər kimsə düşünür ki, bu ictimai fikrə əhəmiyyət verilməsin, o çox böyük səhvə yol vermiş olur.  FETÖ yalnız Türkiyə və ya Amerika üçün təhlükə deyil. Təşkilatları olduğu bütün ölkələrdə onlar dövlət qurumlarına nüfuz edərək sabah oxşar hadisələr törədə bilərlər”, - deyə Kalın qeyd edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar