ABŞ-ın baş prokuroru ilə Gülənin ekstradisiyası müzakirə ediləcək
11.10.2016 505 0.0 0

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ 26-27 oktyabr tarixlərində ABŞ-a planlaşdırılan səfəri zamanı bu ölkənin baş prokuroru Loretta Liçlə görüşmək niyyətində olduğunu bildirib.Türkiyə mətbuatına istinadən verilən xəbərə görə,  nazir bildirib ki, görüş zamanı Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi müzakirə olunacaq.   

 

“Mən oktyabrın 25-də ABŞ-a yola düşəcəm. ABŞ-ın baş prokuroru ilə görüş  oktyabrın 26-27-nə planlaşdırılıb. FETÖ-nün təsisçisi və rəhbərinə qarşı ABŞ-a təqdim edilən hüquqi sənədlərin və çevriliş cəhdi ilə əlaqədar onun həbsinə dair bizim sorğumuzun müzakirəsi səfərin əsas məqsədidir”, - deyə Bozdağ jurnalistlərə bildirib.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar