ABŞ-ın Arizona ştatında atışma olub, ölən və yaralananlar var
24.12.2019 488 0.0 0

ABŞ-da atışma olub.

Bildirək ki, bu barədə "Fox News" telekanalı bildirib.

Qeyd edilir ki, hadisə Arizona ştatının Finiks şəhərində qeydə alınıb.

Ticarət mərkəzinin yaxınlığında naməlum şəxs atəş açaraq iki nəfəri yaralayıb. Cinayətkar hadisə yerinə gələn polis əməkdaşı tərəfindən güllələnib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkar ətrafdakıları odlu silahla hədələyərək, avtomobil oğurlayıb. Silahlı şəxs yolda ona mane olmağa çalışan nəfəri, həmçinin başqa nəqliyyat vasitəsinin sürücüsünü yaralayıb.

Asayiş keşikçilərindən gizlənməyə çalışan cinayətkar qaçırdığı nəqliyyat vasitəsini polis avtomobilinə çırpıb. O, asayiş keşikçilərinin açdığı atəş nəticəsində ölüb.

Silahlı şəxsin xəsarət yetirdiyi yaralılar xəstəxanaya yerləşdirilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar