ABŞ İRAQDA ÖZ ƏSGƏRİNİ ÖLDÜRDÜ
07.02.2015 825 0.0 0

Terror təşkilatı IŞİD-in əlində girov olan Kayla Jen Müller adlı Amerikalı girovun, beynəlxalq koalisiyanın Suriyanın Rakka şəhərinə etdiyi hava hücumunda öldüyü bildirildi.

İŞİD-ə yaxın qruplar, ictimai paylaşma saytı Twitter və internet saytlarında, humanitar yardım könüllüsü Muellerin həyatını itirdiyi binanın fotoşəkilləri yayıblar.Fotoşəkillər vasitəsilə yayılan məlumatda, "Xaçlı koalisiyasının təyyarələri, Rakka şəhəri yaxınlığında xalqın cümə namazını qıldığı vaxtda hava hücumu təşkil etdi. Bir saatdan çox davam edən hücumda Müller öldü" deyə açıqlama veriblər.

Xatırladaq ki, Türkiyə mətbuatının yaydığı bu məlumatda, Beynəlxalq koalisiya qüvvələrindən hər hansı bir açıqlama verilmədiyi bildirirlir. ABŞ liderliyindəki beynəlxalq koalisiya qüvvələri terror təşkilatı IŞİD-in Suriya və İraqdakı hədəflərinə istiqamətli əməliyyatlarını davam etdirir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar