ABŞ hərbi gəmisi yük gəmisi ilə toqquşub, 10 nəfər itkin düşüb
21.08.2017 565 0.0 0

Malakka boğazı yaxınlığında ABŞ-a məxsus “John S. McCain”  hərbi gəmisi  yük gəmisi ilə toqquşub.

 

Bildirək ki, ABŞ-a məxsus “John S. McCain”  hərbi gəmisinin  yük gəmisi ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb, 10 nəfər itkin düşmüş hesab edilir.

 

TASS agentliiynə istinadən verilən xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir.

 

“Hazırda 10 hərbçi itkin düşmüş hesab olunur, 5-i müxtəlif dərəcəli xəsarət alıb”, məlumatda deyilir. Esminets Sinqapura yollanarkən Liberiya bayrağı altında üzən “Alnic MC” adlı tankerlə toqquşaraq zədələnib. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisə ilə əlaqədar araşdırma aparılır.  /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar