ABŞ dövlət katibi Mayk Pompeo Moskvaya səfərini ləğv edib
13.05.2019 490 0.0 0

Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Moskvaya səfərini ləğv edib.

Bu barədə AFP-yə istinadən xəbər verilir.

Bildirilir ki, ABŞ Dövlət Departamentinin başçısı Rusiya paytaxtına gəlməyəcək. Bununla belə o, əvvəlki kimi Soçidə Rusiya lideri Vladimir Putinlə görüş keçirməyi planlaşdırır.

Məlumata görə, Pompeo bu gün Brüsselə yola düşməyə qərar verib. O, Avropa liderləri ilə İrandakı vəziyyəti müzakirə edəcək. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar