ABŞ ədliyyə nazirliyi Gülənin ekstradisiyası məsələsinə baxacaq
03.04.2018 760 0.0 0

ABŞ Türkiyədə Rusiyanın səfiri Andrey Karlovun qətlində əli olmaqda ittihamları ilə əlqədar terror hərəkatının lideri Fəthullah Gülənin ekstradisiyası imkanları barədə qərar qəbul edəcək.

Məlumata görə, bunu "TASS"a ABŞ-ın ədliyyə nazirliyinin nümayəndəsi Nikol Navas bildirib.

O əlavə edib ki, ABŞ bu məsələ ilə əlaqədar qərarı Türkiyə hökuməti iş üzrə sənədləri təqdim etdikdən sonra qəbul edəcək: "Biz Türkiyə hökumətinin bu məsələ ilə bağlı bizə verə biləcəyi istənilən materialları nəzərdən keçirəcəyik. Biz ekstradisiya barədə qərarı faktlar əsasında və ABŞ qanunvericiliyinə uyğun olaraq qəbul edəcəyik"./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar