ABŞ diplomatların Rusiyada prezident seçkilərini müşahidə etməsinə icazə verilməyəcək
22.02.2018 1001 0.0 0

ABŞ diplomatların və Rusiyada fəaliyyət göstərən ABŞ-ın ölkəxarici qurumları əməkdaşlarının Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etməsinə icazə verilməyəcək.

"İnterfaks"a istinadən xəbər verilir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, belə qərarın qəbul edilməsinə səbəb 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkiləri zamanı Rusiyanın diplomatik missiyalarının əməkdaşlarının müşahidəçi qismində çıxış etməsinə icazə verilməməsidir.

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkiləri müşahidə edəcək missiyasına daxil olan ABŞ vətəndaşları isə təbii ki, Rusiyada prezident seçkilərində bütün müvafiq funksiyaları yerinə yetirəcəklər", - S.Ryabkov vurğulayıb.

Rusiyalı diplomat deyib ki, Rusiya XİN artıq bu qərarla əlaqədar ABŞ-ın Moskvadakı səfirliyinə rəsmi məlumat verib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar