ABŞ-dan hamını maraqlandıran QORXUNC İDDİA: Rusiya nüvə silahını gizlicə ORA YERLƏŞDİRİB ki...
15.02.2017 1843 0.0 0

Rusiya 1987-ci ildə imzalanan “Orta Mənzilli Nüvə Qüvvələr Anlaşması”nı pozaraq, uzun müddət ərzində nüvə raketlərindən birini gizli şəkildə aktivləşdirib.

Qazeta.info Publika.az-a istinadla xəbər verir ki, bu barədə “The Nyu York Times” nəşri adını açıqlamadığı amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Rusiya son bir neçə il ərzində təkmilləşdirdiyi SSC-8 nüvə başlığı daşıyan raket batareyasını Volqoqrad yaxınlığındakı “Kapustinq Yar” bazasından çıxarıb. Məlumata görə, raket batareyası ötən ilin dekabr ayında aktiv hərbi əməliyyatın keçiriləcəyi başqa bazaya aparılıb.

ABŞ kəşfiyyatının məlumatlarında Rusiyanın nüvə başlıqlı raket batareyasını sınaqdan çıxarmaq niyyətində olduğu deyilir.

Pentaqonun sözçülərindən Laura Seal da bildirib ki, Rusiyanın anlaşmanı pozması araşdırılmalıdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar