ABŞ-dakı `Azadlıq` heykəlinə `Xoş gəlmisiniz, qaçqınlar` plakatı asılıb
22.02.2017 708 0.0 0

 ABŞ-ın Nyu-York şəhərində yerləşən məşhur "Azadlıq" heykəlinə naməlum şəxslər tərəfindən "Xoş gəlmisiniz, qaçqınlar" sözlərinin yazıldığı banner asılıb.

"NBC New York" nəşrinə istinadən xəbər verir ki, hazırda yerli polis uzunluğu 6 metr olan banneri heykəlin ayaq hissəsinə kimin asa biləcəyini araşdırmaqda məşğuldur.

Plakat bir saatdan çox heykəlin üzərində qalıb.

Nəşr yazır ki, milli abidələrə plakatların bərkidilməsi qanunla qadağan edilir.

Hadisə ilə bağlı məsuliyyəti sosial şəbəkələrdə "Alt Statue of Liberty" əkkauntunu idarə edən naməlum şəxs öz üzərinə götürüb.

"Biz xatırlatmaq istəyirik ki, Amerika dünyada azadlığın mayakıdır, ölkə immiqrantlar tərəfindən qurulub. Ölkə və ya dinlərin "hasara" alınması dəyərlərimizə ziddir", - deyə nəşr səhifə administratorunun yazdıqlarını sitat gətirib./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar