ABŞ-da terror aktı törətməyi planlaşdıran İŞİD üzvü həbs edilib
22.11.2016 578 0.0 0

Nyu-Yorkun mərkəzində yerləşən Tayms-skverdə terror hücumu həyata keçirməyi planlaşdıran 37 yaşlı Məhəmməd Rafiq Naci həbs olunub.

"Report" "The New York Times"a istinadən xəbər verir ki, M.R.Naci daha əvvəl İŞİD terror qruplaşmasına qoşulmaq üçün ölkə xaricinə yollanıb.

İstintaq materiallarına əsasən, o, Türkiyə və Yəməndə olub.

Məlumata görə, M.R.Naci terrorçulara maliyyə dəstəyi göstərib və Tayms-skverdə Nitsada yaşananların oxşarını (terrorçu yük maşınını çimərlikdə olanların üzərində sürmüş, nəticədə 86 nəfər vəfat etmişdi - red.) həyata keçirməyi planlaşdırırmış. 

Qeyd edək ki, 2015-ci ildə terrorçuların hədə-qorxuları və terroçu-kamikadzenin Tayms-skverdə olması ilə bağlı video yayılıb. Amma Nyu-York meri Bill de Blazio şəhər sakinlərinin İŞİD-in təhdidlərindən çəkinməsinə heç bir əsas olmadığını bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar