Tarix: 09.12.2016,   Saat: 07:48, Cümə.          

ABŞ-da seçkiyə bir həftə qalmış Bill Klintonun qaradərili oğlu ortaya çıxdı

ABŞ-da keçiriləcək prezident seçkilərinə bir həftədən az bir müddət qalmış  Demokratların namizədi Hillari Klintonun ögey oğlu olduğunu iddia edən  qaradərili   Denni  Uilyams Vaşinqtonda mətbuat konfransı keçirib.
 
Avropa.info xəbər verir ki, keçmiş  prezident  Bill Klintonun  oğlu  olduğunu  iddia edən  Uilyams DNT testinin keçrilməsini tələb edib.
 
“Mən Bill Klintonun oğluyam. Hillari mənim ögey anam və Çelsi mənim bacımdır. DNT testinin keçrilməsini tələb edirəm”.
 
ABŞ-ın Arkanzas ştatında yaşayan gənc iddiasının yeni olmadığını və uzun illərdən bəri bunların isbatı üçün çalışdığını bildirib.
 
Bill Klintonun oğlu olduğunu, narkoman anasını kiçik yaşda itirdiyini irəli sürən Denni Klinton ailəsinin onunla əlaqə qurmasını istəyib./musavat.com/


  Bölmə: Dünya | Baxış sayı: 326 | Tarix: 02.11.2016, 13:23


Xəbərlər