ABŞ-da Rusiya istehsalı olan döyüş təyyarəsi sınaq zamanı qəzaya uğrayıb
16.09.2017 840 0.0 0

ABŞ-ın Nevada ştatında poliqonda Rusiya istehsalı olan döyüş təyyarəsində sınaq uçuşu zamanı baş verən qəza nəticəsində pilot Erik Şults ölüb.

RİA “Novozti”yə istinadən xəbər verilir ki, bu haqda hərbi bazanın məbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, qəza təlim-məşq bazasından təxminən 160 km aralı, “Red Hat” məxfi tağımın fəaliyyət göstərdiyi ərazidə baş verib.

Mətbuat katibi pilotun öldüyünü desə də, təyyarənin markası, və qəza şəraiti ilə bağlı məlumat verməyib. Həmin bazada son illər Rusiya istehsalı olan “MiQ-29” və “Su-72” təyyarələrinin sınaq uçuşu keçirilir.

Qəza sentyabrın 5-də baş versə də, məlumat ötən gün yayılıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar