ABŞ-da polisinin başı dərtdə-yenə qara dərili sakin öldü
20.04.2015 740 0.0 0
ABŞ-da polis tərəfindən saxlanılarkən xəsarətlər almış daha bir qara dərili sakin ölüb.

 

«The Baltimore Sun» nəşrinə istinadən verilən məlumata görə, bir həftə öncə Baltimor şəhərində həbs olunan Freddi Qreyin vəfat etməsi yerli sakinlər arasında ciddi etirazlara səbəb olub.

 

Bu səbəbdən şəhər rəhbərliyi məsələ ilə bağlı detallı araşdırma aparacağını vəd edib.

 

Xatırladaq ki, insident aprelin 12-də baş verib. 25 yaşlı F. Qrey velosipedlərdə olan 4 polis əməkdaşından qaçmağa cəhd edərkən saxlanılıb. Polislər bir müddət onun yerdən qalxmasına imkan verməyiblər.

 

Polis məntəqəsində gətirilən F. Qrey hakim müayinəsindən keçərkən məlum olub ki, onun bir neçə qabırğası sınıb. O, komaya düşərək, kliniki ölüm keçirib. F. Qrey əməliyyat olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar