ABŞ-da neftkimya zavodunda daha bir partlayış olub, 60 min insan təxliyə edilir
28.11.2019 106 0.0 0

ABŞ-ın Texas ştatında "TPC Group" şirkətinin neftkimya zavodunda daha bir partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təxminən bir kilometr radiusda olan insanlara ilk partlayışdan sonra təxliyə təlimatları verilmişdi, amma indi təxminən altı kilometr radiusda bütün əhalinin məcburi təxliyə edilməsindən söhbət gedir.

"KFDM News" telekanalının məlumatına görə, təxliyə əməliyyatı 5 şəhəri əhatə edir, təxminən 60 min insan təxliyə ediləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar