ABŞ-da naməlum şəxslər izdihama atəş açıb: ölən və yaralananlar var
09.08.2017 626 0.0 0

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində baş vermiş atışmada 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Məlumata görə, bu barədə "Chicago Tribune" nəşri xəbər verib.

Xəbərdə bildirilir ki, insident Bronzevildə, polis idarəsindən iki yaşayış məhəlləsi aralıda baş verib. Bir qrup naməlum şəxs küçədə insanlara atəş açıb. 

Atəş nəticəsində 28 yaşlı gənc öldürülüb. Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın axtarışına başlayıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar