ABŞ-da məktəbdə atışma olub, ölənlər və xəsarət alanlar var-VİDEO
15.11.2019 589 0.0 0

ABŞ-ın Kaliforniya ştatındakı orta məktəblərdən birində atışma olub. Baş verən atışmada 2 nəfər həlak olduğu məlum olub.

 

ABŞ-ın Kaliforniya ştatının Santa-Klarita şəhərindəki məktəbdə atəş açan gənclə bağlı bəzi təfərrüatlar məlum olub.

Bildirək ki, bu barədə "Los Angeles Times" qəzeti yazıb.

Qeyd edilir ki, o, həmin gün özünün 16 yaşını qeyd edib.

Los-Anceles dairəsinin polis şerifi Aleks Villanueva daha əvvəl bildirib ki, hüquq-mühafizə orqanları bu məktəbdə oxuyan 16 yaşlı gəncdən şübhələnirlər.

Şübhəli şəxs "Saugus High School" məktəbinin ərazisində ətrafdakılara atəş açıb, nəticədə beş nəfəri yaralayıb. O, sonra özünə atəş açıb. Hadisə zamanı 2 nəfər həlak olub.

Cinayəti törədən şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbi araşdırılır./Report/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar