ABŞ-da məktəbdə atışma olub- 17 nəfər ölüb (VİDEO)
15.02.2018 905 0.0 0

Çərşənbə günü ABŞ-ın Florida ştatında yerləşən məktəblərdən birində silahlı insident baş verib.

 

Məlumata görə, məktəblərdən baş vermiş atışma nəticəsində ən azı 17 nəfər ölüb, 17 yaralı var.

"Ria Novosti"yə istinadən xəbər verilir ki, bu barədə yerli şerif məlumat verib.

Atışma çərşənbə günü Mayaminin 60 kilometrliyində yerləşən Parklend şəhərciyindəki (Brovard dairəsi) məktəbdə baş verib. Təhsil müəssisəsində 14-18 yaş aralığında 3 minə yaxın uşaq oxuyur.

Polisin məlumatına görə, əvvəllər bu məktəbdə təhsil almış 19 yaşlı Nikolas Kruz şübhəli şəxs qismində saxlanılıb./Report/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar