ABŞ-da Gülən barədə həbs qərarı verilib-verilməyəcəyi 2 günə bəlli olacaq
28.09.2016 600 0.0 0

 Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhddən sonra ötən dövr ərzində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar 70 min insan haqqında araşdırma aparılıb, 32 min civarında insan həbs edilib.

 

Məlumata görə, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ NTV telekanalına müsahibəsində bildirib.

 

B. Bozdağ yeni həbslərin olacağını, saxlanılmış bəzi şəxslərin isə sərbəst buraxıla biləcəyini istisna etməyib. O deyib ki, indiyə qədər FETÖ ilə əlaqədə şübhəli sayılan 1500-ə qədər həbsxana nəzarətçisi işdən kənarlaşdırılıb. Nazir FETÖ-nün  təyyarə və vertolyotlarla hücum ehtimalına qarşı tədbirlər görüldüyünü, hava hücumundan müdafiə sistemləri qurulduğunu, İstanbulun Sincan və Ankaranın Silivri bölgələrində uçuşa icazə verilmədiyini açıqlayıb.   

 

B. Bozdağ məhz Fətullah Gülənin əmir və təlimatı ilə Türkiyə Silahlı Qüvvələrində FETÖ üzvü olan hərbçilərin çevrilişə cəhd etməsinə heç kimin şübhə etmədiyini, hazırda dəlillərin də bunu ortaya qoyduğunu vurğulayıb: “Biz ABŞ-dan daha öncə 4 cinayətə görə Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini və təcili həbs edilməsini istədik. Türkiyə və ABŞ arasında cinayətkarların təhvil verilməsi barədə razılaşmanın 9-cu maddəsinə görə ABŞ Fətullah Güləni həbs etmək məcburiyyətindədir. Həbsdən sonra Türkiyədən əlavə dəlillər istənilə bilər.  ABŞ vitse-prezidenti Co Baydenlə keçirdiyimiz ikitərəfli görüşdə o, Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı ABŞ-a konkret dəlillər təqdim olunmağa başladığını bildirdi. Həmin dəlillərlə bağlı qərarlarını 1-2 gün ərzində açıqlayacaqlar. Fətullah Gülənin müvəqqəti həbs edilməsi barədə Türkiyənin tələbi ilə əlaqədar qərarlarını da 1-2 gün ərzində açıqlayacaqlar”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar