ABŞ-da erkən prezident seçkilərində saxtakarlıqla əlaqədar 3 nəfər həbs edilib
30.10.2016 501 0.0 0

ABŞ-ın Virciniya və Florida ştatlarında polis erkən prezident seçkiləri proseduru zamanı saxtakarlığa yol verilməsi ittihamı ilə 3 nəfəri həbs edib.

 

“Fox News” telekanalına istinadən veril'n məlumata görə, Florida ştatında 2 qadın saxlanılıb.

 

Seçki məntəqəsinin 74 yaşlı əməkdaşı Qlaqos Kogqo qəsdən düzgün olmayan seçki sənədlərini qeydiyyata almaqda günahlandırılır. Saxlanılanlardan Tomiqa Korqel isə erkən seçkilər zamanı ölən 5 şəxsin səsini qeydiyyata almaqda ittiham edilir.

 

Virciniyada isə afroamerikalı Vafalay Massaki mövcud olmayan seçiciləri qeydiyyatdan keçirməkdə günahlandırılır. Onu 40 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Telekanal bildirir ki, Virciniya və Florida ştatları hazırda respublikaçıların namizədi Donald Tramp və demokratların namizədi Hillari Klintonun bir biri ilə müqayisədə açıq üstünlüyə malik olmadıqları əsas ştatlar sırasındadır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar