ABŞ-da buruqların sayının artması nefti ucuzlaşdırır
09.01.2017 825 0.0 0

Dünya birjalarında neft ucuzlaşıb.

 

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,25 dollar azalaraq 53,74 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar azalaraq 56,91 dollar olub.

 

ABŞ-da neft buruqlarının sayının artması nefti ucuzlaşdırır. "Baker Hughes Inc." servis şirkətinin təqdim etdiyi göstəricilərə əsasən, ABŞ-da neft buruqlarının sayı ardıcıl 10 həftədir artmaqdadır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar