ABŞ-da atışma olub - azı 6 nəfər öldürülüb - VİDEO
11.12.2019 489 0.0 0

Bildirək ki, ABŞ-ın Nyu-Cersi ştatının Cersi-Siti şəhərində atışma baş verib. 

 NBC teleşirkəti məlumatına görə, hadisə zamanı 6 nəfər öldürülüb. 

Hüquq-mühafizə orqanlarındakı mənbənin teleşirkətə verdiyi xəbərə görə, ölənlərdən biri polis əməkdaşıdır. Öldürülən digərləri isə silahlı şəxsin barrikada qurduğu mağazada açdığı atəş nəticəsində  həlak olublar. Məlumata görə, polis əməkdaşları silahlılardan azı ikisini zərərsizləşdirib. 

 

CNN də öz növbəsində bildirib ki, hadisəni törədən şəxslərdən biri zərərsizləşdirilib. Lakin onun öldürüldüyü və ya yaralandığı dəqiqləşdirilmir. Qeyd edilir ki, atışma zamanı daha bir neçə nəfər yaralanıb./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar