ABŞ-da `Xocalıya ədalət” aksiyası keçirilib`
25.02.2022 266 0.0 0

ABŞ-ın Nyu-York ştatında, Ermənistanın BMT-dəki daimi nümayəndəliyi qarşısında “Xocalıya ədalət” (Justice for Khojaly) kampaniyası çərçivəsində aksiya keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, icazəli aksiya Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnlinin təşkilatçılığı ilə baş tutub.

Aksiya iştirakçıları әllәrində Azәrbaycan, Türkiyə, ABŞ bayraqları, eləcə də Xocalıya ədalət tələb edən və faciәni әks etdirən plakatlar tutublar.

Türk icmasının nümayəndələri də aksiyaya qatılaraq soydaşlarımıza dəstək nümayiş etdiriblər.

Nyu-Yorkda yaşayan ermənilər aksiyanın keçirilməsini əngəlləmək üçün təxribatlar törədiblər. Belə ki, nümayəndəlik binasının qarşısı diplomatik avtomobillərlə zəbt edilib. Lakin ermənilərin bütün səyləri uğursuz olub və aksiya insidentsiz ötüşüb.

İki saat davam edən aksiya ərzində həmyerlilərimizin təhlükəsizliyi Nyu-York Polis Departamenti tərəfindən təmin olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar