«ABŞ Cənubi Qafqaza girərək buranı da məhv etmək istəyir» — Deputat
07.10.2016 846 0.0 0

ABŞ Rusiyanı yeni sanksiyalarla hədələyib

Rusiyanı yeni sanksiyalarla hədələyən ABŞ bunun ciddi nəticə vermədiyini də bildirir.

Belə ki, Ağ Ev sözçüsü Coş Ernest bildirib ki, bu günə qədər tətbiq edilən sanksiyalar ciddi nəticə vermədi, Rusiyanın addımlarında gözlənilən dəyişikliyi görmədik. Bunu etiraf etməsinə baxmayaraq Ağ Ev sözçüsü Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəklərini də bildirib.

Qazeta.info bildirir ki, ABŞ-ın Rusiyanı yeni sanksiyalarla hədələməsi və Cənubi Qafqaz planı barədə millət vəkili Araz Əlizadə Ölkə.Az-a açıqlama verib:

"ABŞ bu sanksiyalarla Rusiyaya heç nə edə bilməyəcək. Rusiya bu sanksiyalardan mənəvi cəhətdən itirsə də, iqtisadi cəhətdən qazandı, hərbi sənayesini gücləndirdi, kənd təsərrüfatını inkişaf etdirdi. Əgər ABŞ Rusiyaya qarşı yeni sanksiyalar qəbul etsə, öz ziyanına olacaq.

ABŞ Rusiyaya qarşı əsas sanksiyaları qəbul edib. Bundan artıq nə edəcəklər? ABŞ-ın kosmik gəmiləri hamısı Rusiyanın istehsal etdiyi matorlarla işləyir. Sanksiya tətbiq ediblər ki, Rusiyadan heç nə almayacaqlar, ancaq alırlar. Xüsusi qərar qəbul ediblər ki, Rusiyanın kosmik gəmilər üçün istehsal etdiyi matorları alacaqlar. İndiyənə qədər Kubaya da hər cür sanksiyalar tətbiq etdilər, ancaq o sanksiyaların heç bir nəticəsi olmadı. Özləri də boyunlarına aldırlar ki, sanksiyaların Rusiyaya heç bir təsiri olmadı. Ağıllı adam öz səhvlərindən nəticə çıxardır və onu bir də təkrar etmir. Axmaq adam isə səhvlərini təkrar edir. Bundan belə çıxır ki, ABŞ administrasiyası "axmaq adamdır.

ABŞ-ın daxil olduğu bütün ölkələr məhv oldu. Demokratiya və çiçəklənmə adı ilə girdikləri İraq, Liviya, Yəmən, Suriya hamısı bərbad vəziyyətə düşdü. İndi də ABŞ Cənubi Qafqaza girmək istəyir. Buranı da məhv etmək istəyirlər. Azərbaycan razı olsa, Qərb bu coğrafiyaya da girər. Qərbin Azərbaycandan ona görə xoşu gəlmir ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar