ABŞ Baş Qərargah rəisi rusiyalı həmkarı ilə Bakıda keçirdiyi görüşü şərh edib
24.02.2017 983 0.0 0

ABŞ Silahlı Qüvvələri qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri general Cozef Danford  ötən həftə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovla Bakıda keçirdiyi görüşü şərh edib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Cozef Danford Vaşinqtondakı Brukinq İnstitutunda çıxışı zamanı qeyd edib ki, onun Valeri Gerasimovla Bakıda görüşməsi ABŞ-ın Rusiyaya dair siyasətində dəyişikliyin baş verməsi anlamına gəlmir.
 
“ABŞ qanunvericiliyində bizim hərbi sahədə əməkdaşlığımızı əngəlləyən qanun var”, - deyə Danford Barak Obama administrasiyasının Rusiya ilə bu cür təmasların azaldılmasına dair qərarını nəzərdə tutub.
 
“Mənim rusiyalı həmkarımla Bakıdakı görüşüm siyasətdə hər-hansı dəyişikliklərin baş verməsi kontekstində keçirilməyib və ABŞ administrasiyası ilə heç bir əlaqəsi yoxdur”, - deyə Danford qeyd edib.  
 
Qeyd edək ki, bundan əvvəl Pentaqon yaydığı açıqlamada qeyd edib ki, Danford  Gerasimovla fevralın 16-da Bakıda keçirdiyi görüşdə arzuolunmaz münaqişələrdən qaçılmasına yönələn tədbirlərə dair təmasların intensivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.  
 
Rusiya Müdafiə Nazirliyi yaydığı məlumatda bildirmişdi ki, görüşdə Rusiya və ABŞ-ın hərbi fəaliyyətlərinin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin baş vermə riskinin azaldılması üzrə işin istiqaməti müəyyənləşdirilib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar