Abramoviç İspaniyada klub almağa çalışır
11.04.2022 435 0.0 0

Rusiyalı milyarder Roman Abramoviç “Çelsi”nin satışı ilə bağlı müqavilə başa çatdıqdan sonra İspaniyanın “Valensiya” klubunu almağa çalışacaq.

Bildirək ki, bu barədə Böyük Britaniyanın “Mirror” nəşri məlumat yayıb.

“Valensiya”nın problemi var və sinqapurlu iş adamı Peter Lim klubu satışa çıxarıb. Komanda 41 turdan sonra İspaniya çempionatında 9-cu yerdədir.

Daha əvvəl Roman Abramoviçin Türkiyə çempionatında sonuncu yerdə olan “Göztəpə”ni aldığı məlumatı yayılmışdı. Daha sonra iş adamının nümayəndəsi bu məlumatı təkzib edib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar