Abbas Abbasovun qardaşı ilə bağlı verilən şikayət üzrə məhkəmə başlayıb
20.09.2016 512 0.0 0

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasovun qardaşı Nadir Abbasovun rəhbərlik etdiyi şirkətə qarşı şikayət üzrə məhkəmənin ilkin baxış iclası keçirilib

Məlumata görə, hakim Raqib Qurbanovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

 

 

Məhkəmənin baxış iclası sentyabrın 27-nə təyin olunub.

 

 

Məlumata görə, "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti N. Abbasov və onun baş direktoru olduğu “NAA Universal” Məhdud Məsuliyyəti Cəmiyyətini məhkəməyə verib. Səbəb isə N. Abbasovun illər əvvəl bağlanan müqavilənin şərtlərinə əməl etməməsi göstərilib.

 

"Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC məhkəməyə müraciət edərək bağlanmış müqaviləyə xitam verilməsini tələb edib.

 

Nəsimi Rayon Məhkəməsi müraciəti təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar