ABA: Uçot dərəcəsinin 12%-dək azaldılması realdır
21.06.2017 731 0.0 0

"Hazırda ölkədəki monetar situasiya birmənalı deyil. Düşünürəm ki, artıq yaranmış müsbət meyl uçot dərəcəsinin azaldılmasına imkan yaradır. Təbii ki, son söz və qərar tənzimləyici orqan olan Mərkəzi Bankındır".

 

Məlumata görə, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

 

"Mən müstəqil şəxs kimi qeyd edə bilərəm ki, iqtisadiyyatdakı müsbət meyllər uçot dərəcəsinin aşağı salınmasına imkan yaradır", - deyə Z.Nuriyev qeyd edib.

 

Bununla yanaşı, təşkilat rəhbəri uçot dərəcəsinin hansı səviyyəyədək aşağı salınması ilə bağlı proqnoz vermək istəməyib: "Konkret bir rəqəm demək çətindir, lakin düşünürəm ki, uçot dərəcəsinin 12%-dək azaldılması realdır"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar