`YouTube` video portalının baş ofisində atışma olub, ölən və yaralananlar var - VİDEO
04.04.2018 1054 0.0 0

"YouTube" video portalının baş ofisində atışma olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə video portalın əməkdaşları sosial şəbəkədə məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə "YouTube"un ABŞ-ın Kaliforniya ştatındakı mənzil qərargahında qeydə alınıb. Atışma zamanı bir neçə nəfər xəsarət alıb.

San-Bruno şəhərinin polisi faktı təsdiqləyib. Bu barədə isə "MSNBC" polisə istinadən xəbər verib.

Şirkətin əməkdaşlarından biri atışma səsi eşitdiklərini, binada gizləndiklərini bildirib. Digər əməkdaş isə hadisəni törədən cinayətkarın özünü öldürdüyünü qeyd edib.

Şahidlərin sözlərinə görə, hadisə yerinə xüsusi təyinatlılar cəlb edilib. Binanın ofisi üzərində bir neçə vertolyot uçur. 

Polis sakinlərə ərazidən uzaq olmağı tövsiyə edib.

 

******

YouTube" video portalının Kaliforniyadakı baş ofisində baş verən atışma zamanı 1 nəfər ölüb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Məlumata görə, bu, hadisəni törədən qadındır. 

Qeyd edək ki, hadisə San-Bruno şəhərində baş verib. Atışma zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar