`Times`: Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər
23.05.2019 478 0.0 0

Böyük Britaniyanın baş naziri Tereza Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər.

"Times" qəzetinə istinadən verilən məlumata görə, T.Meyin istefaya getməsinə səbəb hökumətin onun ölkənin Avropa İttifaqından çıxmasının reallaşdırılması məsələsində tutduğu mövqeyi qəbul etməməyidir.

Qəzetin məlumatına əsasən, Böyük Britaniyanın baş naziri 1922 Komitəsinin rəhbəri Qrem Breydi ilə görüşündən sonra istefası haqqında bəyan edə bilər./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar