`Sosial mənzil` almaq üçün tələb olunan sənədlər - SİYAHI
28.04.2017 1085 0.0 0

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir.

Qazeta.info qurumun mətbuat xidmətinə istinadla bildirir ki, ötən müddət ərzində aidiyyəti dövlət orqanları ilə təşkil olunmuş səmərəli əməkdaşlıq nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşlar tərəfindən təqdim olunmalı sənədlərin siyahıları dəqiqləşdirilmişdir. Eyni zamanda, təqdim olunacaq sənədlərin müvafiq qurumlar tərəfindən yoxlanılması müddətini minimuma endirərək vətəndaşların rahatlığını təmin etmək məqsədilə aidiyyəti məlumat bazalarının “Güzəştli mənzil” sistemi ilə inteqrasiyası üçün tədbirlər görülmüşdür.

Sözügedən sənədlər güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin kateqoriyaları üzrə qruplaşdırılaraq Agentliyin tabeliyində olan “MİDA” MMC-nin internet səhifəsində yerləşdirilmişdir. Sözügedən kateqoriyalarla və hər bir kateqoriya üçün tələb olunan sənədlərin siyahıları ilə www.mida.az “internet-saytı”nın ana səhifəsində müvafiq olaraq “GÜZƏŞTLİ MƏNZİLİ KİM ALA BİLƏR?” və “TƏLƏB OLUNAN SƏNƏDLƏR” keçidləri vasitəsilə tanış olmaq mümkündür.

“MİDA” MMC-nin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların aidiyyəti sənədlərinin qəbuluna “Güzəştli mənzil” elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq. Sənədlərin qəbulunun başlanmasının tarixi barədə əlavə məlumat veriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar