`Şimal-Cənub` beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaları tarifləri azala bilər
11.11.2017 848 0.0 0

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaları tarifləri Astara (İran) – Astara (Azərbaycan) dəmiryolu sahəsinin tikintisinin tam başa çatmasından sonra azala bilər.

Bunu “İran Dəmir Yolları”nın beynəlxalq daşımalar şöbəsinin rəhbəri Hüseyn Aşuri deyib.

Onun sözlərinə görə, dəmir yolunun bu hissəsi dekabrın sonunda işə salınacaq.

O həmçinin əlavə edib ki, İran, Rusiya, Azərbaycan və Belarus Dəmir Yolları 2018-ci il üçün tariflərin artırılmamasını razılaşdırıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar