`Saakaşvili gələn kimi tutub, təhvil verin` - KİYEVƏ RƏSMİ MÜRACİƏT
18.08.2017 773 0.0 0

Gürcüstanın Baş Prokurorluğu Ukrayna da daxil olmaqla bir sıra ölkələrə Odessanın sabiq qubernatoru, sabiq ölkə prezidenti Mixail Saakaşvilinin dərhal ölkəyə təhvil verilməsi ilə bağlı sorğu göndərib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ölkənin ədliyyə naziri Teya Tsulukiani faktı təsdiqləyərək bildirib ki, eks-prezident qeyd-şərtsiz mühakimə olunmalıdır. 

 

Mixail Saakaşvili 2007-ci noyabr mitinqinin dağıdılması, "İmedi" telekanalının ələ keçirilməsi, deputat Valeri Gelaşviliyə hücumun təşkili, nüfuzlu bankirlərdən birinin qətli ilə bağlı işin istintaqına əngəl törədilməsi, o cümlədən dövlət vəsaitinin mənimsənilməsi kimi cinayətlərdə ittiham olunur.

 

Qeyd edək ki, bir qədər əvvəl M. Saakaşvili özünün "Facebook" səhifəsi vasitəsilə sentyabrın 10-da Ukraynaya qayıdacağını açıqlayıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar