`Sənət olmayanda bədən gedir qabağa` – Yalçın Rzazadə - VİDEO
26.01.2018 905 0.0 0

ARB Ulduz-un “Virtual Həyat” proqramının növbəti müsahibi Xalq artisti Yalçın Rzazadə olub.

Yalçın müəllim, gənc ifaçılar sizin mahnılarınıza müraciət edərkən onların qarşısında hansı tələblər olmalıdır?

“Mahnılarımı oxuyanda yaxşı oxumalıdırlar. Ya gərək yaxşı oxuyasan, ya da oxumayasan. Tamaşaçı həmin ifanı eşidən kimi deyir ki, bu mahnını filankəs yaxşı oxumuşdu, bu niyə oxudu? Həmin müğənnilər mahnının səviyyəsini salırlar.

Mənim mahnılarımı oxuyanda mütləq məsləhət eləsinlər. Mən heç vaxt demərəm ki, oxuma! Səsinə qulaq asıb deyərəm ki, bunu ifa etmə, o biri mahnım sənə daha çox uyğun olar”.

Son zamanlar istər yerli, istərsə də əcnəbi müğənnilərin səsləri olmadığı üçün bədənlərini önə çıxarmalarını qınayan Yalçın Rzazadə nələri açıqladı indi bilcıəksiz.

“Sənət olmayanda bədən gedir qabağa, arxada isə istedad yoxdur. Bu, Rusiyada da belədir, Türkiyədə də belədir. Sənət yoxdur, hamısı atlanır-düşür, musiqi isə burdan gəlir, burdan gedir. Mən yüzlərlə mahnı eşidirəm ki, orda musiqi yoxdur”.

Geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar