`Sədərək` Ticarət Mərkəzindən oğurluq etmək istəyən şəxs saxlanılıb
06.04.2018 943 0.0 0

“Sədərək” Ticarət Mərkəzindən oğurluq etmək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 4-də “Sədərək” Ticarət Mərkəzindəki mağazaların birindən dəyəri 360 manat olan 2 ədəd “Ariston” su qızdırıcısını oğurlayaraq qaçmağa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Sumqayıt şəhər sakini Xəyal Bağırov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar