`Roma` - `Qarabağ` oyunu alman hakimlər idarə edəcək
04.12.2017 884 0.0 0

UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turunda keçiriləcək "Roma" - "Qarabağ" oyununun hakimləri açıqlanıb.

UEFA-ya istinadən verilən məlumata görə, oyunu alman hakimlər idarə edəcək.

Görüşün baş hakimi Tobias Ştiler olacaq. Ona Mayk Pikel və Yan Sidel kömək edəcəklər. Əlavə köməkçi hakimlər Bastian Dankert və Harm Osmers olacaq. Dördüncü hakim funksiyasını Kristian Gittelmann yerinə yetirəcək.

Dekabrın 5-də keçiriləcək "Roma" - "Qarabağ" oyunu saat 23:45-də başlayacaq./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar