`Real Madrid` səfərdə `Yuventus`u darmadağın etdi
04.04.2018 923 0.0 0

Bu gün futbol üzrə Çempionlar Liqasının ¼ final mərhələsinin ilk oyunları keçirilib.

Məlumata görə, İtaliya təmsilçisi “Yuventus” öz meydanında “Real Madrid”i qəbul edib.

Gərgin şəraitdə keçən oyunda ilk qol özünü çox gözlətmədi. Matçın 3-cü dəqiqəsində “Real”ın portuqaliyalı hücumçusu oyunda hesabı açdı – 0:1.

64-cü dəqiqədə Kriştianu Ronaldo “Yuventus”un qapıcısı Canluici Buffonun seyvindən sonra gözəl qolla seçildi – 0:2. 66-cı dəqiqədə meydan sahibləri azlıqda qaldı, hakim Cüneyt Çakır Dibalaya qırmızı kart göstərdi.

Nəhayət, oyunun sonuncu qolunu 72-ci dəqiqədə madridlilərin braziliyalı müdafiəçisi Marselo vurdu.

İspaniyada paralel keçirilən oyunda “Sevilya” “Bavariya Münxen”i qəbul edib. Oyun Almaniya təmsilçilərinin qələbəsi ilə yekunlaşıb - 1:2./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar